Ukraynada hərbi bazaya hücumun görüntüləri yayıldı - VİDEO
Bizi izləyin

Dünya

Ukraynada hərbi bazaya hücumun görüntüləri yayıldı - VİDEO

Ukraynanın Odessa şəhərində 40 nəfər naməlum şəxsin hərbi hissənin bir hissəsini ələ keçirməsini əks etdirən görüntülər yayılıb.

Publika.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinə məxsus hərbi obyektə basqın dünən səhər saatlarında – yerli vaxtla təxminən 8:45-də həyata keçirilib.

Naməlum şəxslər A3571 saylı hərbi hissəni tutmağa cəhd ediblər. Onlar hərbi hissənin hasarını qismən sökərək hərbi əmlakı naməlum istiqamətdə aparıblar.

Hazırda hadisə yerində hüquq-mühafiə orqanlarının nümayəndələri, Odessa vilayətinin hərbi prokurorluğu və Ukrayna Silahlı qüvvələrinin “Cənub” hava komandanlığı araşdırma aparır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm