Putindən sələfinə sərt sözlər: “Bu dövlət terroru idi”
Bizi izləyin

Dünya

Putindən sələfinə sərt sözlər: “Bu dövlət terroru idi”

Rusiyanın paytaxtı Moskvada SSRİ dövründə siyasi təzyiqlərə məruz qalan qurbanların xatirəsinə “Kədər divarı” adlı abidə ucaldılıb.

Publika.az xəbər verir ki, abidə SSRİ diktatoru İosif Stalinin dövründə “KULAK” sistemi ilə fəaliyyət göstərən əsir düşərgələrinin parçalarından düzəldilib.

Xatirə abidəsinin açılışını Rusiya Prezidenti Vladimir Putin edib. Prezident çıxışı zamanı 1930-cu illərdə baş verən siyasi hadisələrin və təzyiqlərin heç bir şəkildə haqlı çıxarılmayacağını bildirib. O, Stalinin dövründə dövlət terror çərçivəsində hər hansı bir insanın uydurma və absurd cəzalara məruz qaldığını və bunun bağışlanılmaz olduğunu deyib:

“Milyonlarla insan xalq düşməni kimi şərləndi, edam edildi, şikəst oldu, həbsxanalarda işgəncəyə məruz qaldı və sürgün edildi. Bu qorxunc keçmiş bizim milli hafizəmizdən silinməyəcək. Milyonlarla insanın aclıqdan öldüyünü görmək üçün kütləvi məzarlara baxmaq kifayətdir. Bu gerçək bağışlanılmazdır”.

Qeyd edək ki, Rusiyada hər il 30 oktyabr Mordovya və Permdə siyasi təzyiq qurbanı olan əsirlərin anma günü kimi qeyd edilir. 1974-cü ildə sözügedən bölgələrdə yerləşən düşərgələrdəki əsirlər SSRİ-nin siyasətinə qarşı kütləvi aclıq aksiyası təşkil edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm