Dünya
Zərrabın məhkəmə işində ŞOK NƏTİCƏ
Türkiyə və İran vətəndaşı, Azərbaycan əsilli iş adamı Rza Zərrab ona qarşı qaldırılan iddiaları qəbul edəcək.
Publika.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
ABŞ-ın maliyyə sistemini aldatmaqla İrana qarşı tətbiq edilən sanksiyaları əzən Rza Zərrab 27 noyabr tarixində yenidən məhkəmə qarşısına çıxarılacaq.
Məhkəmə təqsirləndirilən şəxsin müdafiəsinə lazım olan sənədlərin təqdim edilməsi üçün vəkillərə zaman verib. Lakin R.Zərrabın vəkilləri müdafiə üçün lazım olan kritik sənədləri məhkəməyə təqdim etməyib. R.Zərrab isə sentyabr ayından etibarən məhkəmə proseslərinin heç birinə daxil olmayıb. Vəkillər, həmçinin, məhkəmə prosesində iştirak edəcək jurilərin seçilməsi müddətində istifadə olunacaq sualları da məhkəməyə təqdim etməyib.
Buna görə də R.Zərrabın ittihamları qəbul edəcəyi gözlənilir.
“New York Times” bildirib ki, Rza Zərrabın iddiaları qəbul etməsi ABŞ-ın təşkil etdiyi istintaq çərçivəsində işbirliyinə hazırlanması anlamına gəlir.
Zümrüd
-
Dünya09:58
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO
-
Səhiyyə09:00
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR: Bu məhsulu pulsuz alacağıq - VİDEO
-
MDB08:24
Rusiyada DƏHŞƏTLİ QƏTL: körpə bacılarını öldürüb parka getdi
-
İdman07:47
Ronaldonun keçmiş evi satışa çıxarıldı - VİDEO
-
Magazin207:30
Hande Erçel: "Çox yaxında şad xəbər verəcəyəm"
-
İKT06:16
"X"ə yaşıl işıq yandırıldı, Maska TAPŞIRIQ VERİLDİ
-
İKT04:44
Durov "Telegram"dakı növbəti yenilikləri ELAN ETDİ