Dünya
Myanma liderindən gözlənilməz addım - ilk dəfə Arakana səfər etdi
Myanma ordusunun və polislərin Arakan müsəlmanlarına qarşı “etnik təmizlənmə” əməliyyatlarından sonra ölkə lideri Aunq San Su Kyi ilk dəfə Arakana səfər edib.
Publika.az xəbər verir ki, baş verən soqırıma səssiz qalmaqla sərt reaksiyalara səbəb olan "Nobel"li lider Arakanın paytaxtı Sitveyə gücləndirilmiş təhlükəsizlik tədbirləri altında gedib.
Liderin Arakana ziyarət planı daha öncədən açıqlanmayıb. Hökumət sözçüsü Zau Htay səfərin 1 gün davam edəcəyini və liderin paytaxtla yanaşı, soyqırımların baş verdiyi Maunqdav, Butiduanq vilayətlərinə də gedəcəyini bildirib. Aunq San Sunun arakanlı müsəlmanların yaşadığı kəndləri ziyarətə gedib-getməyəcəyi isə sual altındadır.
Qeyd edək ki, Myanma lideri ordunun bölgədəki əməliyyatlarının etnik təmizlənmə olduğunu inkar edirdi. Ancaq o, beynəlxalq təzyiqlərdən sonra bölgəni yenidən inşa etmək üçün komissiya qurub və komisiyaya şəxsən özü rəhbərlik edəcəyini bildirib. Soyqırımlar zamanı Banqladeşə sığınan 600 000 müsəlmanın da yenidən ölkəyə qəbul ediləcəyini qeyd edib.
Qeyd edək ki, avqust ayında qurulan Arakan Rohingya Qurtuluş Ordusunun (ARSA) Arakandakı polis məntəqələrinə basqınından sonra Arakan ordusu əməliyyatlar başlatmışdı. O zamandan bəri ordu və buddist polislər vətəndaşlıqları olmayan, “banqladeşli qaçqınlar” adlandırılan arakanlı müsəlmanlara qarşı edam, təcavüz kimi cinayətlər həyata keçirirlər.
Zümrüd
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI