Rusiyada bu media orqanları xarici agent sayılacaq - SİYAHI
Bizi izləyin

Dünya

Rusiyada bu media orqanları xarici agent sayılacaq - SİYAHI

Rusiya Dövlət Duması "İnformasiya haqqında" və "KİV haqqında" qanunlara düzəlişləri ikinci oxunuşda qəbul edib.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, dəyişikliklərlə Rusiya qanunvericiliyində xarici agent funksiyalarını icra edən “xarici kütləvi informasiya vasitələri” anlayışı meydana çıxıb.

Bundan başqa, düzəlişlər hakimiyyətə məhkəmədən kənar qaydada rusiyalılar üçün “arzu edilməyən təşkilatlar”ın saytlarını bloklamaq hüququ verir. Düzəlişlər ABŞ-da Rusiyanın “Russia Today” (RT) kanalının Rusiya büdcəsindən maliyyələşdirilən “xarici agentlər” kimi qeydiyyatına cavab olaraq qəbul edilib.

“Bizdə çoxdandır belə həmrəylik yox idi”, - səsvermədən sonra Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deputatları təbrik edib.

Bir gün əvvəl Federasiya Şurasında söz veriblər ki, yuxarı palatanın ən yaxın iclasında düzəlişlərə baxılacaq.

Düzəlişlərə əsasən, aşağıdakı mənbələrdən maliyyələşdirilən media orqanlarını “xarici agentlər” siyahısına əlavə etmək mümkün olacaq:

- başqa dövlətlərdən və ya onların dövlət orqanlarından

- beynəlxalq və ya xarici təşkilatlardan

- sadəcə əcnəbilərdən

- vətəndaşlığı olmayan şəxslərdən

- onlar tərəfindən səlahiyyət verilən şəxslərdən

Qanunun qəbulundan əvvəl “Vahid Rusiya” partiyasının nümayəndəsi, deputat Andrey İsayev izah edib ki, “Azadlıq” və “Amerikanın səsi” radiokanalları, Almaniyanın “Deutsche Welle” nəşri və ABŞ-ın CNN telekanalı düzəlişlərin hədəfi ola bilər. Bunlar rus dilində yayımlanmayan media orqanlarıdır.

Bundan başqa, rus dilində yayımlanan və bir neçə ölkənin hökumətləri tərəfindən maliyyələşdirilən telekanallar, agentliklər və nəşrləri düzəlişlərin təsiri altına düşə bilər. Britaniyanın BBC teleradiokorporasiyası, Türkiyənin “Anadolu” agentliyi, Çinin CCTV telekanalı, İranın “Press TV” telekanlı, Şimali Koreyanın STAK agentliyi, Belarus və Qazaxıstanın bir sıra media orqanları bu siyahıda olan media təşkilatlarıdır.

Qeyd edək ki, ABŞ-ın "xarici agentlər" siyahısına düşən KİV təkcə RT telekanalı deyil. Çinin "The China Daily" qəzeti, Yaponiyanın NHK telekanalı da bu siyahıda yer alır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm