Polşadan Xorvatiyaya məsləhət: Azərbaycan yanacağından istifadə edin
Bizi izləyin

Dünya

Polşadan Xorvatiyaya məsləhət: Azərbaycan yanacağından istifadə edin

Polşa hakimiyyəti bildirib ki, Avropa ölkələrini Rusiya təbii qazından imtina etməyə razı salmağa çalışır.

"Report" xəbər verir ki, bu barədə "Polşa radiosu" məlumat yayıb.

Ölkənin xarici işlər naziri Vitold Vaşikovskinin sözlərinə görə, rəsmi Varşava Xorvatiyaya Azərbaycan yanacağından istifadə etməyi təklif edib. O, qeyd edib ki, ölkə 2022-ci ilə Rusiyayla müqaviləni başa çatdırmağa planlaşdırır.

"Biz başqa dövlətləri təşviq edirik. Məsələn, Xorvatiyanı ki, o da həmçinin Avropanın hissəsini təmin etmək üçün Adriatikdə qaz terminalı tiksin", - deyə Polşanın Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Vaşikovski xatırladıb ki, Polşa artıq qazın çatdırılması ilə bağlı Birləşmiş Ştatlarla əməkdaşlığa başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm