Dünya
Hərbi ekspert: “ABŞ-ın istənilən nöqtəsini vurmaq mümkün olacaq”
Şimali Koreya yaxın vaxtlarda nüvə yükünü daşıya və ABŞ-ın istənilən nöqtəsinə çata bilən qitələrarası ballistik raketləri (MBR) silahlanmaya daxil edə bilər.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik, “Arsenal oteçestva” jurnalının baş redaktoru Viktor Muraxovskiy deyib.
“Raket sınağının yalnız xarici xarakteristikasına malikik. Raketin qitələrarası, yoxsa orta mənzilli raket olduğunu birmənalı iddia etmək çətindir. Amma heç kim şübhələnmir ki, Koreya Xalq Demokratik Respublikası qitələrarası uzunmənzilli raketi yaxın vaxtlarda silahlanmaya daxil edəcək”, - Muraxovskiy qeyd edib.
Onun fikrincə, raketin növbəti sınağı Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə ABŞ və Cənubi Koreya arasında münasibətlərin gərginləşməsinin növbəti mərhələsinin nəticəsidir.
Ekspert qeyd edib ki, strateji raket-nüvə güclərinin yaradılmasının tamamlanması haqqında KXDR-in bəyanatı (Şimali Koreya lideri Kim Çen In raket sınağından sonra nüvə güclərinin yaradılmasının tamamlandığını bəyan edib -red.) həqiqətə çox yaxındır: “Biz artıq dəqiq bilirik ki, Pxenyanda orta mənzilli ballistik raketlər var. Yüksək ehtimalla danışmaq olar ki, onlar qitələrarası raketin yaradılmasına tərəf əminliklə hərəkət edirlər”.
Polkovnik xatırladıb ki, KXDR daha əvvəl də qitələrarası raketə malik olduğunu bəyan edib: “Əgər bu raket həqiqətən qitələrarasıdırsa, onda o 9-10 min kilometr uçuş məsafəsinə malikdir. Belə olan halda sözügedən raketlə ABŞ-ın kontinental ərazisini vurmaq mümkündür”.
Qeyd edək ki, Şimali Koreya ötən gecə növbəti raket sınağını keçirib. Raket 4 min 475 kilometr hündürlüyə qalxdıqdan sonra 950 kilometr uçub və Yaponiya sahillərinə düşüb. Raket 53 dəqiqə havada qalıb. Pxenyandan verilən açıqlamaya görə, yeni raket “Xvason-152 adını alıb.
Ömər Dağlı
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?