Türkiyə müsəlman liderləri İstanbula çağırdı
Bizi izləyin

Dünya

Türkiyə müsəlman liderləri İstanbula çağırdı

İslam Əməkdaşlıq Təşkilatı Qüds məsələsi ilə bağlı gələn həftə İstanbulda toplantı keçirəcək.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Malayziya, İran, Qətər və İndoneziya prezidentləri ilə telefon söhbətində Qüds məsələsini müzakirə etdiyini söyləyib.

Qeyd edək ki, Ağ Evin mətbuat xidmətindən yayılan məlumata əsasən, Donald Tramp bu gün Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanıdığına dair bəyanat verəcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm