Dünya
“Məni məşhur qatilin olduğu kamerada...” - Saakaşvilidən ŞOK BƏYANAT
Gürcüstanın sabiq prezidenti və “Yeni Güclərin Hərəkatı”nın lideri Mixail Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında məşhur qatilin kamerasında saxlanılıb.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda siyasətçinin özü məlumat verib.
Onun sözlərinə görə, olduğu kamerada daha əvvəl jurnalist Georgi Qonqadzenin qətlinin icraçısı general Aleksey Pukaç saxlanılırdı.
“13 nömrəli kamerada”, - Saakaşvili dəqiqləşdirib.
Qeyd edək ki, Saakaşvili dekabrın 8-də Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Keçmiş prezident cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində ittiham olunurdu. Saakaşvili həmçinin Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin yaxın ətrafı tərəfindən maliyyələşmədə şübhəli bilinirdi.
Dünən isə Kiyevin Peçerski rayon məhkəməsi onun üçün ev həbsi şəklində ehtiyat tədbirinin seçilməsi haqqında prokurorluğun xahişini rədd edib.
Qeyd edək ki, “Ukrainskaya pravda” internet nəşrinin qurucusu G.Qonqadze 2000-ci ildə qətlə yetirilib. İstintaqın versiyasına görə, o vaxt Ukrayna DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəisi olan general A.Pukaç jurnalistin izlənməsinə və oğurlanmasına rəhbərlik edib, sonda isə G.Qonqadzeni öz əlləri ilə boğub.
Ömər Dağlı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf