Jirinovski rəsmən Putinin rəqibi oldu
Bizi izləyin

Dünya

Jirinovski rəsmən Putinin rəqibi oldu

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski prezident seçkilərində rəsmən ilk namizəd olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Mərkəzi Seçki Komissiyasından bildirilib.

İdarə Jirinovskinin səlahiyyətli nümayəndələrini qeydə alıb və partiya liderinə xüsusi seçki hesabını açmağa icazə verib. Qeyd edilir, indi o seçki qərargahını formalaşdıra bilər.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək. Daha əvvəl ölkənin hazırkı başçısı Vladimir Putin seçkilərdə iştirak edəcəyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm