Dünya
Ukrayna: arxada Avropa, qabaqda Rusiya
Ukrayna ordusu Avropadan təxminən 3 min gülləkeçirməyən jilet və 7 mindən çox dəbilqə alacaq.
Publika.az-ın “RBK-Ukrayna” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər naziri Arsen Avakov bildirib.
Hərbi ləvazimatlar ölkənin şərqində həyata keçiriləcək xüsusi əməliyyatlar üçün nəzərdə tutulub.
“Beləliklə də, Ukrayna hərbçiləri lazımi şəkildə qorunacaq”, – daxili işlər naziri ifadə edib. O, etiraf edib ki, ölkənin şərqində antiterror əməliyyatının davam etdirilməsi üçün hərbi ləvazimatlar kifayət etmir.
Baş nazir Arseniy Yasenyuk da Ali Radada etdiyi çıxışında Ukrayna ordusunun təminat sisteminin tamamilə məhv edildiyini deyib.
O, hərbi qulluqçuların ərzaq təminatı üçün əlavə vəsaitin ayrılmalı olduğunu bildirib. Onun sözlərinə görə, faktiki olaraq Ukrayna silahlı qüvvələrinin arxa təminat sistemi yenidən qurulmalıdır.
Ömər Dağlı
-
Əmlak23:36
Bakıda bu evlər sökülür: pul veriləcək - FOTO
-
Hadisə23:24
Hacıqabulda AĞIR QƏZA: bir ailənin üç üzvü...
-
Magazin221:48
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO
-
Magazin120:36
Aynur Dadaşova tanınmaz halda - FOTO
-
İKT19:48
Flaqman smartfonlar KƏSKİN BAHALAŞACAQ - TARİX AÇIQLANDI
-
Magazin219:12
Məşhur müğənninin kürəkəni SAXLANILDI - FOTO
-
Hadisə19:00
Ucarda ağır qəza CAN ALDI
-
Kriminal18:24
Bakıda 22 il əvvəl 13 yaşlı qızı öldürənlər tutuldular - Biri anasıdır