İtaliyada PARTLAYIŞ: Yaralılar var
Bizi izləyin

Dünya

İtaliyada PARTLAYIŞ: Yaralılar var

İtaliyanın Turin şəhərində əldədüzəltmə bombanın partlaması nəticəsində 4 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, partlayış şəhərin kənar rayonlarının birində baş verib. Əldəqayırma bomba zibil qutularının birində yerləşdirilibmiş. Partlayış nəticəsində həmin ərazidən keçən iki mərakeşli və iki italiyalı yaralanıb. Yaralananlardan biri 83 yaşlı təqaüdçüdür.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə axtarış zamanı 12 oxşar partlayıcı qurğu və patron aşkarlayıblar. Hazırda polis partlayıcı qurğu hazırlayanların axtarışı ilə məşğuldur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm