Saakaşvilinin ekstradisiyasına hazırlıq gedir – Gizli danışıqların DETALLARI
Bizi izləyin

Dünya

Saakaşvilinin ekstradisiyasına hazırlıq gedir – Gizli danışıqların DETALLARI

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tezliklə Ukraynadan vətəninə ekstradisiya edilə bilər.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda siyasətçinin özü bildirib.

Onun sözlərinə görə, yanvarın 3-də onunla bağlı üç məhkəmə prosesinin paralel keçirilməsi bunu deməyə əsas verir.

“Gürcüstan və Ukrayna hakimiyyətləri birdən barəmdə üç məhkəmə prosesini təyin etmək qərarına gəldilər. Hər şey çox sadədir. Bunlar təsadüfən olmur”, - Gürcüstanın sabiq prezidenti deyib.

Gürcüstan KİV-inin məlumatına görə, Gürcüstan Təhlükəsizlik Xidmətinin başçısı Vaxtanq Qamelauri Ukrayna məmurları ilə Saakaşvilinin ekstradisiyası üzrə gizli danışıqları aparırdı.

Qeyd edək ki, Ukrayna Miqrasiya Xidməti bu gün Saakaşviliyə 1 mart 2018-ci il tarixinə qədər Ukraynada yaşamaq üçün sənəd verib. Saakaşvili bu haqda Feysbuk səhifəsində bildirib və idarənin verdiyi sənədin surətini dərc edib.

Siyasətçi lovğalanıb ki, Miqrasiya Xidmətində onu “nəzakətlə çaya qonaq etdilər”.

Eyni zamanda, siyasətçi bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti dövlət çevrilişi haqqında iş üzrə onun mənzili və xidməti ünvanlarda axtarış üçün icazə alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm