Dünya
Rusiya bazasına hücumu ABŞ təşkil edib - İDDİA
“Diversiya aktının İŞİD-in adından Amerika xüsusi təyinatlılardan kiminsə rəhbərliyi altında həyata keçirildiyini istisna etmirəm”.
Publika.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bunu Suriyanın Xmeymim bazasında Rusiya əsgərlərinə hücumu şərh edən Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədrinin birinci müavini Frans Klinseviç deyib.
O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin İŞİD terror qruplaşmasının məhv edilməsi haqqında bəyanatından sonra ABŞ xüsusi xidmət orqanları “alətlər dəsti”ni bərpa etmək üçün aktivləşib. Senator əminliyini ifadə edib ki, amerikalılar bundan sonra da vəziyyətdən istifadə etməyə çalışacaqlar.
Klinseviç ABŞ-a Rusiya ilə “xüsusilə bayramlar ərəfəsində zarafat etməməyi” məsləhət görüb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dekabrın 31-də Xmeymim bazasına hücum nəticəsində 2 hərbçinin həlak olduğunu açıqlayıb. Nazirlik 7 təyyarənin məhv edildiyi xəbərini təkzib edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ömər Dağlı
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi