Ərdoğandan SƏRT BƏYANAT: “ABŞ-la imzalanan bu sənədlər qüvvəsini itirir”
Bizi izləyin

Dünya

Ərdoğandan SƏRT BƏYANAT: “ABŞ-la imzalanan bu sənədlər qüvvəsini itirir”

“ABŞ-ın ədalət anlayışı budursa, o zaman dünya yandı. ABŞ ədalət anlayışını bir daha gözdən keçirməlidir”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Nyu-York Məhkəməsinin Jürisinin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atilla ilə bağlı qərarına münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.

“Bundan sonra dünyaya ədalət dərsi verməyə çalışmasınlar. Mənim ölkəmdə çevriliş cəhdi edənlərə ölkələrində 400 hektar ərazi ayırıb, generallar kimi yaşadırlar. Türkiyədəki dövlət çevrilişinə cəhdlə əlaqədar ABŞ-a 100-dən çox qovluqda sənəd göndərilib. Türkiyədə qəbul edilən qərarlara hörmətlə yanaşmırlar. Bu halda, ikitərəfli əlaqələrdə beynəlxalq hüquq və ikitərəfli hüquq öz qüvvəsini itirir. Təəssüflə bildirirəm ki, proses bundan sonra da belə davam edəcək”, - Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, Hakan Atilla ABŞ investisiya qanununu pozaraq bank saxtakarlığı da daxil olmaqla, ona qarşı yönəldilən 6 ittihamdan 5-də günahkar elan edilib. Onun cəzası aprelin 11-də açıqlanacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm