Döyüş gələn ay başlayır - Ermənistanı gözləyən TƏHLÜKƏ
Bizi izləyin

Dünya

Döyüş gələn ay başlayır - Ermənistanı gözləyən TƏHLÜKƏ

Ermənistanda baş nazir postu uğrunda Serj Sarkisyanla Karen Karapetyan arasında siyasi intriqa qızışır.

Publika.az
xəbər verir ki, fevral ayında Ermənistan parlament idarəetmə sisteminə keçəcək. Bundan sonra prezident institutu formal xarakter daşıyacaq.

9-16 aprel tarixlərində Ermənistan parlamenti baş naziri seçməlidir. Ermənistan konstitusiyasının 6-cı maddəsinə görə, əvvəlcə parlamentdəki fraksiyalar baş nazir postuna öz namizədlərini təqdim etməli, daha sonra seçim olmalıdır. Əgər namizədlərdən heç biri lazımi səsi yığa bilməsə, onda birinci seçkilərdən 7 gün sonra yeni namizədlərlə yeni seçki keçirilməlidir. İkinci seçkilərdə namizədin baş nazir olması üçün deputatların 1/3 hissəsinin səsi lazımdır. İkinci seçkidə də baş nazir seçilməsə, o zaman konstitusiyaya əsasən, Ermənistan parlamenti 7 gün ərzində buraxılmalıdır. Ekspertlər bunu siyasi böhran olaraq dəyərləndirir.

Hazırda apreldə prezident səlahiyyətlərini təhvil verəcək Sarkisyanla mövcud baş nazir Karapetyan arasında post uğrunda ciddi mübarizə gedir.

“Aykakan Jamanak” qəzeti yazır ki, Sarkisyanın baş nazirliyi təhdid altındadır. Buna səbəb Karapetyanın hakim Respublika Partiyası daxilində cəbhələşməyə nail olmasıdır.

Respublika Partiyasından olan deputat Rüstəm Muradxanyan hesab etmir ki, son seçkiyə qədər parlament baş naziri seçə bilməyəcək və siyasi böhran yaranacaq: “Ehtimal etmirəm ki, parlament buraxılacaq. Yəni siyasi böhran qeyri-realdır”.

Hakim Respublika Partiyası hər şeyin normal məcrada davam edəcəyini iddia edir. Lakin “Aykakan Jamanak” qəzeti şəxsi mənbələrinə istinadən partiya daxilində parçalanmaların olduğunu, Karapetyanın digər fraksiyalarla da anlaşdığını yazır. Bu isə Ermənistanda siyasi böhranın baş verməsi üçün potensial səbəb hesab olunur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm