Dünya
Kiyevdə YOLUXUCU XƏSTƏLİK yayıldı - FÖVQƏLADƏ VƏZİYYƏT
Ukraynanın paytaxtı Kiyevdə qızılca xəstəliyinin yayılması ilə bağlı şəhərdə kütləvi tədbirlərin keçirilməsi bir ay müddətində məhdudlaşdırılıb.
Publika.az xəbər verir ki, bunu yanvarın 10-da keçirilən mətbuat konfransında Kiyev şəhər Administrasiyası rəhbərinin birinci müavini Nikolay Povoroznik bildirib. Onun sözlərinə görə, Administrasiyanın qərarı müvafiq təşkilatlara göndərilib. 30 gün ərzində vəziyyət normallaşmasa, paytaxtda kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması müddəti artırılacaq.
N.Povoroznik, həmçinin qeyd edib ki, qızılcaya qarşı peyvənd olunmayan uşaqlar bağça və məktəblərə buraxılmayacaq.
Qeyd edək ki, bu ilin yanvarın 1-dən başlayaraq Kiyevdə 61 nəfərin qızılcaya tutulduğu aşkarlanıb. Onlardan 49-u uşaqdır.
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi