Dünya
Ölkə yanğın yerinə döndü - 20-dən çox şəhər ayağa qalxdı - FOTOLAR
Sosial və iqtisadi vəziyyətə etiraz olaraq aksiyaların keçirildiyi Tunisdə vəziyyət hər keçən gün pisləşir.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, ölkənin 20-dən çox şəhərində keçirilən aksiyalar paytaxt Tunisə də keçib.
Polis Tunis və Tabarba kimi şəhərlərdə küçələrə çıxan insanlara qarşı bibər qazı və təzyiqli sudan istifadə edib. Bəzi şəhərlərdə qarətlərin başladığı bildirilir.
Hakimiyyət 50 polisin yaralandığı aksiyalarda 237 nəfərin saxlanıldığını açıqlayıb.
Etiraz aksiyaları ilə əlaqədar hakimiyyət və müxalifət cəbhəsindən qarşılıqlı ittihamlar səslənir. Baş nazir Yusuf Şahidə görə, insanları etiraz və qarətlərə müxalif “Xalqçı Cəbhə” Partiyası tərəfindən təhrik edilir.
Parlamentdə 15 millət vəkili ilə təmsil olunan müxalifət partiyası isə zorakılığın hökumətə xidmət etdiyini açıqlayıb.
Qeyd edək kii, 2011-ci ilin yanvar ayında səyyar satıcı bir gəncin polis qüvvələrinin təzyiqinə görə özünü yandırması ilə başlayan “Ərəb Baharı” bütün Yaxın Şərq və Şimali Afrikanın bir çox ölkələrini əhatə edib. Hazırda Tunisdə nisbi sabitlik olsa da, iqtisadiyyat son bir neçə ildə geriləyib və 2015-ci ildə baş verən iki böyük terror hücumu ölkənin ən əhəmiyyətli gəlir mənbələrindən olan turizmə ağır zərbə vurub. Ölkədə işsizliyin səviyyəsi çox yüksəkdir.
Ömər Dağlı
-
Sağlamlıq15:40
Proqnozların əksi oldu: Başladı, amma yaxın saatlarda...
-
Sosial14:45
Vasif Talıbovu o əvəzlədi
-
MDB14:18
Paşinyan Moskvada yarıçılpaq halda pəncərədə oturdu - FOTO
-
Rəsmi xronika13:53
“Bu, Putinin Bakıya səfərindən sonra kifayət qədər nəzərə çarpır”
-
Nida Xəbər 12:44
Ermənistan prezidenti Azərbaycanla sülh müqaviləsi haqda: Yaxın 4 həftə ərzində...
-
İdman12:14
Ronaldinyonun oğlu atasının yolu ilə gedir: Bu gözəl isə onu darıxmağa qoymur - FOTOLAR
-
Nida Xəbər 10:31
Leyla Əliyeva Qocalar evində - FOTO
-
Dünya09:48
Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...