Jirinovski canlı efirdə SÖZ VERDİ: “Sizi güllələyəcəyik!” - VİDEO
Bizi izləyin

Dünya

Jirinovski canlı efirdə SÖZ VERDİ: “Sizi güllələyəcəyik!” - VİDEO

"Rossiya 1" telekanalında yayımlanan "60 dəqiqə" verilişində qalmaqal baş verib.

Publika.az xəbər verir ki, Rusiyanın Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski ukraynalı politoloq Vadim Tryuxana qarşı sərt ifadələr işlədib.

Tryuxan Amerika silahının Ukraynaya çatdırılması mövzusu ilə bağlı müzakirəsinin gedişatında bildirib ki, Moskva ABŞ-ın dəstəyinə görə Kiyevdən qorxmalıdır. Bundan başqa, o bildirib ki, Rusiya Kiyevi daim hədələyir.

Ukraynaya Amerika silahlarının çatdırılmasını kəşf adlandıran politoloqun sözlərinə görə, Rusiya bununla barışmalı olacaq.

Tryuxanın bu fikirləri Vladimir Jirinovski özündən çıxarıb.

"Sizi güllələyəcəyik, alçaq və vicdansızlar. Siz əclaf və cinayətkarsınız. Siz artıq 10 min nəfəri məhv etmisiz. Hər biri üçün cavab verəcəksiz", - deyə Jirinovski cavab verib.

Maraqlıdır ki, politoloq Jirinovskinin sərt ifadələrini bür müddət arxasını ona çevirərək dinləyib və daha sonra əlləri cibində dialoqa davam edib.

Rusiyalı siyasətçi ukraynalıya studiyanı tərk etməyi məsləhət görüb. Münaqişə Tryuxanın studiyanı tərk etməsi ilə yekunlaşıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm