Dünya
Putinlə Trampın Türkiyənin bu ərazisinin işğalı haqda MƏXFİ RAZILIĞI – Ankaraya XAİN ZƏRBƏ
ABŞ və Rusiya Suriyanın şimalında PYD-nin silahlı qanadı
YPG-dən təşkil olunmuş Suriya Demokratiya Qüvvələri (SDQ) üzərində
razılaşıb.
Publika.az xəbər verir ki, bu iddia ilə Londonda
fəaliyyət göstərən Səudiyyə Ərəbistanına yaxın “Şarkul Awast”
qəzeti çıxış edib.
Qəzet yazır ki, ABŞ və SDQ arasında hərbi, siyasi və diplomatik
sahədə anlaşma əldə olunub.
Anlaşmanın detalları:
1. SDQ-yə hərbi və diplomatik dəstəyin artırılması.
2. SDQ-nin nəzarət etdiyi bölgənin müdafiə olunması və nizamlı
ordunun qurulması üçün hərbi təlimlərin keçirilməsi.
3. Daxili təhlükəsizliyi qorumaq məqsədilə SDQ-nin polis
qüvvələrinin yaradılması.
4. İŞİD-dən alınan bölgələrdə yerli hakimiyyətlərin
gücləndirilməsi.
5. Müharibədən sonra bölgənin yenidən inşa olunması və humanitar
yardımların edilməsi üçün koalisiya ölkələrinin yenidən
birləşdirilməsi.
6. Yardımların edilməsi və inkişafın təmini üçün büdcənin
formalaşdırılması.
7. SDQ-nin nəzarətindəki bölgələrdə neft, təbii qaz, su kimi
sərvətlərin istismara verilməsi.
8. Hökumət qurumlarının və məhkəmə sisteminin qurulması, bu
qurumlarda işləyəcək şəxslərə təlimlərin keçirilməsi.
9. Bölgədə hava müdafiə sisteminin qurulması.
10. Beş nöqtədə ABŞ-ın hərbi bazalarının yaradılması və bu bazalara
1000-ə qədər əsgərin yerləşdirilməsi.
11. Amerikalı diplomatların bölgəyə göndəriməsi, diplomatik
ofislərin yaradılması.
12. Suriya probleminin həllinin müzakirə edildiyi Cenevrə
görüşlərinə SDQ-nin də qatılmasını təmin etmək üçün diplomatik
fəaliyyətin gücləndirilməsi.
13. Bölgədə keçiriləcək seçki prosesinə dəstəyin verilməsi.
14. Bəşər Əsəd rejimi ilə SDQ arasında keçiriləcək müzakirələrə
dəstəyin verilməsi.
Qəzetin iddialarına görə, Rusiya və ABŞ bu məsələdə birgə hərəkət
etməklə bağlı gizli şəkildə anlaşıb.
Qeyd edək ki, Türkiyə Suriyada PKK/PYD terroruçularından
formalaşdırılan SDQ-nin legitimliyini qəbul etmir. İŞİD-dən sonra
kürd kartını istifadə etməyə başlayan Amerika isə bölgədə PKK/PYD
terrorçularını SDQ adı altında təşkilatlandıraraq, güclü ordu
yaratmağı və Türkiyənin cənub sərhədlərində “kürd dəhlizi”
layihəsini həyata keçirməyi, həmçinin, Suriyada Türkiyə-İran-Rusiya
üçlüyünə qarşı güc formalaşdırmağı planlaşdırır. Lakin bunun
fonunda Rusiyanın ABŞ-la anlaşdığı haqda iddialar diqqət çəkir.
ABŞ-ın “kürd dəhlizi” layihəsinin əsas hədəfi Türkiyənin cənub
sərhədlərinin işğal edilməsi və Ankaranın ərəb dünyasına çıxışını
bağlamaq, eləcə də, bölgədə gələcək kürd dövlətinin yaradılmasına
zəmin yaratmaqdır.
Asif
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO