Trampın ətrafındakı halqa daralır - Məsləhətçisindən gözlənilməz ADDIM
Bizi izləyin

Dünya

Trampın ətrafındakı halqa daralır - Məsləhətçisindən gözlənilməz ADDIM

ABŞ prezidenti Donald Trampın seçkiqabağı kampaniyasının məsləhətçisi olmuş Kori Levandovski Konqresə “Trampın Rusiya əlaqələri” barədə könüllü ifadə verəcək.

Publika.az xəbər verir ki, bu haqda “Vaşinqton Post” nəşri mənbələrinə istinadən bildirib.

Daha əvvəl Konqres üzvləri ondan Trampın Rusiya ilə əlaqələri haqqında danışmaq xahişiylə müraciət etmişdilər.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilələri, həmçinin Trampın Rusiya ilə əlaqələri haqqında araşdırma hazırda Konqres və Federal Təhqiqatlar Bürosunda (FTB) aparılır. FTB-nin sabiq başçısı Robert Müller araşdırma üzrə xüsusi prokuror təyin edilib.

Lakin həm Ağ Ev, həm də Kreml Trampın Rusiya ilə əlaqələri və Rusiyanın seçki kampaniyasına müdaxiləsi ilə bağlı iddiaları rədd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm