Jirinovskidən ABŞ-a QƏRİBƏ TƏKLİF: “Artıq vaxtdır”
Bizi izləyin

Dünya

Jirinovskidən ABŞ-a QƏRİBƏ TƏKLİF: “Artıq vaxtdır”

“ABŞ xarici siyasətdə özünün qlobal hədəflərini həyata keçirməyi bacarmadı, artıq olimpdən enməyin vaxtıdır”.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski jurnalistlərə açıqlamasında deyib.

“ABŞ-ın qlobal hədəfləri alınmadı. Olimpdən enmək və regional dövlətə çevrilmək vaxtıdır”, - partiya lideri bildirib.

Jirinovski xatırladıb ki, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Rusiya və Çinin əsas təhdidlər olduğu etiraf edilir:

“ABŞ yeni milli təhlükəsizlik strategiyasını dərc etdi. Biz həqiqətən onları keçdik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm