Dünya
Əfqanıstanda otelə silahlı hücum - Ölü və yaralı sayı 35-ə çatdı (YENİLƏNDİ)
Əfqanıstanın paytaxtı Kabildəki “Intercontinental Hotel”-ə hücum zamanı ölən və yaralananların sayı 35 nəfərə çatıb.
Publika.az xəbər verir ki, ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil. Bildirilir ki, hücum edənlərdən biri zərərsizləşdirilib. Otelin ikinci mərtəbəsi alova bürünüb.
Müxtəlif məlumatlara görə, hücum edənlər 3 və ya 4 nəfər olub.
***
Bir qrup silahlı Əfqanıstanın paytaxtı Kabildəki “Intercontinental Hotel”-ə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, hücum zamanı bir neçə nəfər öldürülüb. Qeyd edilir ki, dörd terrorçu kamikadze mehmanxanaya daxil ola bilib.
Əraziyə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçulara qarşı silahlı əməliyyat keçirib. Atışmanın baş verdiyi ərazi əhatəyə alınıb.
"Intercontinental Hotel" Kabildə əcnəbilər arasında ən məşhur mehmanxanalardan biridir. Burada Qərb dövlətlərinin rəsmi nümayəndələri mətbuat konfransları keçirir.
Mehmanxana 2011-ci ildə də hücuma məruz qalıb. Həmin vaxt törədilmiş dörd partlayış nəticəsində 10 əfqanıstanlı öldürülüb. (report)
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək