• USD 1,7000 0,00% EUR 2,0179 -0,08%
    • GBP 2,3668 +0,16% RUB 0,0233 0,00%

İsraildən müharibə SİQNALI: “Bütün şəhər sığınacaqlarda olacaq”

  • Dünya
  • 31 Yanvar 2018 19:36
  • 2 412 Baxış
İsraildən müharibə SİQNALI: “Bütün şəhər sığınacaqlarda olacaq”

İsrailin baş naziri Benyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putinlə görüşündə “İran Livanı yüksək dəqiqlikli raketlərin istehsalı obyektinə çevirmək istəyir və bu təhdidi qəbul edə bilmərik” deməsinin ardınca müdafiə naziri Aviqdor Liberman Livanla yeni bir müharibə siqnalı verdi.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, bütün Beyrutun sığınacaqlarda olacağını bildirib.

“Müharibə başlayarsa, İsrail əsgərləri Livan torpaqlarının dərinliklərinə enməlidir. Kimsə macəra arxasınca qaçmır. Məqsədimiz işi mümkün qədər tez və dəqiq bitirməkdir. Təəssüf ki, Yaxın Şərqdəki bütün münaqişələrdə görünən budur ki, əsgərlər sahəyə enmədən bitmir. Belə əməliyyatlar üçün böyük səy göstərmək və təəssüf ki, insan itkisi vermək lazımdır. Bütün variantlar açıqdır. İstifadə etməsək belə, manevrlərin seçimi üçün hazır olmalıyıq”, - İsrailin müdafiə naziri deyib.

Mümkün qədər tez irəliləyəcəklərini deyən nazir hər şeyin 2006-cı ildən fərqli olacağını söyləyib:

“İkinci Livan müharibəsində olduğu kimi Beyrut sakinlərinin çimərlikdə günəş vannası qəbul edərkən Təl-Aviv sakinlərinin sığınacaqlara enməsi görüntülərini görməyəcəyik. İsraildəkilər sığınacaqlarda oturursa, növbəti müharibədə bütün Beyrut sığınacaqlarda olacaq”.

İsrail ordusuna görə “Hizbullah” Livanın cənubunda İsrail sərhədi boyunca yerləşən 240 kəndi hərbi qarşıdurma başlayacağı halda, müharibə zonası olaraq müəyyən edib. 2006-cı ildə İsrailə göstərdiyi müqavimətlə dünyanı heyrərləndirən “Hizbullah” o zamandan bəri Yaxın Şərqin yalnız hərbi deyil, həm də siyasi baxımdan ən güclü təşkilatlarından birinə çevrilib.

Ömər

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR