Venesuelada ödənişlər yumurta ilə həyata keçirilir
Bizi izləyin

Dünya

Venesuelada ödənişlər yumurta ilə həyata keçirilir

Venesuelada baş verən hiperinflyasiyadan sonra insanlar ödənişləri yumurta ilə etməyə başlayıb.

Publika.az “Ze Uoll Strit Jurnal”a (“The Wall Street Journal”) istinadən xəbər verir ki, buna səbəb hər həftə qiymətlərin ikiqat qalxması ilə hakimiyyətin yetərincə əsginas çap etməyi çatdırmamağıdır. Ərzaqların və xidmətlərin kartla ödənilməsi isə ödəniş sistemlərinin zəif olması ilə bağlıdır. Buna görə də insanlar ödənişləri yumurta ilə edirlər. İnsanların daha çox zülala ehtiyacı olduğu üçün isə soğan və banan kimi məhsulları ödənişdə istifadə etmək olmur.

Hal-hazırda Venesuelanın qara bazarlarında 1 dolların dəyəri 236 min bolivara bərabərdir. Bu ötən ilə nisbətən 80 dəfə çoxdur. Qeyd edək ki, 2013-cü ildə bu məbləğə Venesuelada kiçik bir mənzil almaq mümkün idisə, artıq bu məbləğ nahar yeməyi üçün bəs etməyə də bilər.

Beynəlxalq valyuta fondunun proqnozuna görə, 2018-ci ilin sonuna kimi ölkədəki inflyasiya 130 dəfə artacaq, ümumi daxili məhsul isə 15 faiz azalacaq ki, bu da 2013-cü ildəki azalmadan 2 dəfə daha çox deməkdir.

Ölkə prezidenti Nikolas Maduro bu məsələnin həlli üçün dünyadakı ilk milli kriptovalyuta “El Petro”nu buraxmaq niyyətindədir. Onun ilkin dəyəri 60 dollar olacaq.

Qeyd edək ki, bu inflyasiyanın səbəbi kimi neftin qiymətinin düşməsi göstərilir. Belə ki, 2014-cü ildə neftin ucuzlaşması ilə Venesuelada iqtisadi böhran başlayıb.

Ulucay Akif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm