Suriya İsrail qırıcısını vurdu
Bizi izləyin

Dünya

Suriya İsrail qırıcısını vurdu

İsrail Silhalı Qüvvələrinə məxsus olan "F-16" qırıcısı İsrail-Suriya sərhədində vurulub.

Publika.az xəbər verir ki, təyyarə Suriya tərəfindən açılan raket atəşindən vurulub və yerə düşüb. Qəza nəticəsindən təyyarənin pilotları ağır xəsarət alıb.

Xarici KİV-lərdə gedən məlumata görə, Suriya tərəfindən atılan raketlər İsraildə "qırmızı" həyəcan təbilinə səbəb olub. Hadisə ilə əlaqədar ölkənin Colan adlanan təpəsində yerləşən Beyt Şeanda, eləcə də digər bölgələrdə əhali ayağa qalxıb.

Xatırladaq ki, bəzi məlumatlara görə, qırıcı Suriyanın hava məkanından İsrailə keçən və İrana məxsus Pilotsuz Uçan Aparatını ələ keçirmişdi.

Suriya və İsrail rəsmiləri hadisə ilə bağlı heç bir açıqlama yaymayıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm