Poroşenkodan Putinə gözlənilməz ZƏNG
Bizi izləyin

Dünya

Poroşenkodan Putinə gözlənilməz ZƏNG

Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, telefon danışığının əsas mövzusu Ukraynanın şərqində gedən döyüş əməliyyatlarında əsir düşən şəxslərin mübadiləsi olub. Ukrayna prezidenti Pyotr Poroşenkonun rusiyalı həmkarı Vladimir Putinə əsirlərin mübadiləsi haqqında danışdığı deyilir:

“Ukrayna prezidenti rusiyalı həmkarı ilə danışıqlar zamanı ukraynalı əsirlərin azad edilməsi prosesinin fəallaşdırılması, xüsusən, işğal olunmuş ərazilərdə əsir sərhədçilərin mübadiləsi və ukraynalı hərbçilərin azad olunması məsələsinə toxunub. Bundan başqa, "Normand dördlüyü" ölkələrinin (Donbas münaqişəsinin həlli prosesi məqsədilə yaradılıb, tərkibinə Ukrayna, Rusiya, Fransa və Almaniya daxildir -red.) XİN rəhbərlərinin fevral ayının 16-da Almaniyanın Münhen şəhərində keçiriləcək görüşünün gündəliyi də müzakirə edilib".

Eyni zamanda, qeyd olunur ki, telefon danışığı Normand formatı üzrə tərəfdarlarla əlaqələndirilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm