• USD 1,7000 0,00% EUR 1,9343 0,00%
    • GBP 2,1630 0,00% RUB 0,0254 0,00%

Türkiyəyə ilə Rusiya RAZILAŞDI - S-400 raketləri....

  • Dünya
  • 14 Fevral 2018 17:39
  • 1 924 Baxış
Türkiyəyə ilə Rusiya RAZILAŞDI - S-400 raketləri....

Rusiya ilə Türkiyənin 2020-ci ildə S-400-lə bağlı ikinci bir razılaşma imzalayacığı bildirilir.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın diplomatik mənbələrindən məlumat verilib.

Xəbərə görə, Rusiya 2020-ci ildə, yəni ötən il satılan S-400 batareyalarını Türkiyəyə təslim etdikdən sonra tərəflər arasında ikinci bir müqavilə imzalanacaq. Xəbərin qaynağı ikinci razılaşma əsasında satılan batareyaların 2021-ci ildə Türkiyəyə çatdırılacağının razılaşdırıldığını da vurğulayıb.

Türkiyə şirkətləri ikinci S-400 razışlamasından sonra bu müdafiə sisteminin bəzi detallarının istehsal lisenziyasını da əldə edəcək.

Qeyd edək ki, dünya miqyasında istifadə edilən havadan müdafiə sistemlərinin ən etibarlısı sayılan S-400-lər pilotlu və pilotsuz hər növ təyyarə ilə yanaşı, həm adi, həm də ballistik raketləri məhv edə bilir. Bu sistem bir hədəfə iki raket yönəltməklə, eyni zamanda 80 hədəfi nişan ala bilir.

Zümrüd

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>