Dünya
ABŞ Məhkəməsi: Trampın Miqrasiya fərmanı müsəlmanların hüquqlarını tapdayır
ABŞ-ın Virciniya ştatının Apellyasiya Məhkəməsi ölkə prezidenti Donald Trampın 6 müsəlman ölkəsindən olan vətəndaşların Birləşmiş Ştatlara gəlişinə müvəqqəti qadağa qoyan Miqrasiya fərmanının müsəlmanları ayrıseçkiliyə məruz qoyması barədə qərar çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumatda bildirilir ki, məhkəmə bunun həmçinin Amerika Konstitusiyasına zidd olduğunu bildirib.
"Prezident Trampın və icra hakimiyyətinin digər rəsmi şəxslərinin rəsmi bəyanatlarını, həmçinin bəyannamənin (Miqrasiya fərmanı - red), araşdıraraq bu nəticə çıxardıq ki, bəyannamədə İslamla bağlı düşmənçilik var və buna görə Konstitusiyaya ziddir", - deyə hakim Rocer Qreqorinin qərarında deyilir.
Tramp 2016-cı ilin yanvarında prezident vəzifəsinin icrasına başladıqdan sonra əhalisi əsasən müsəlmanlardan ibarət olan 7 ölkə vətəndaşlarının ABŞ-a girişinə 90 günlük qadağanın tətbiqi haqqında fərmanı imzalayıb. Bunlar: İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudandır. Sonradan İraq bu siyahıdan çıxarılıb.
ABŞ-ın bir neçə federal məhkəməsi bir qədər sonra fərmanı bloklamaq barədə qərar qəbul ediblər. Ötən ilin iyununda ABŞ Ali Məhkəməsi sənədin hüquqi qüvvəsini qismən bərpa edib. (report)
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO