Dünya
Bu, əsl qiyamət olacaq: Türkiyə və ABŞ-ın döyüş... - TARİX AÇIQLANDI
ABŞ-ın “ExxonMobil” enerji şirkəti Cənubi Kiprin “Block 10” adlandırdığı ərazidə bu ilin payızında neft-qaz axtarışlarına başlayacaq.
Publika.az xəbər verir ki, bu haqda “Milliyyət” nəşri yazıb.
Nəşrinin yazdığına görə, həmin tarixə kimi Kipr problemi həll edilməsə, yaxud da adanın təbii ehtiyatlarının hər iki tərəfə (adanın yunan və türk hissəsi – red.) aid olduğuna dair Ankaranın tezisi qəbul edilməzsə, Şərqi Aralıq dənizində Türkiyə və ABŞ-ın döyüş gəmiləri qarşı-qarşıya gələ bilər. “Milliyyət” qeyd edir ki, əsl qiyamət o zaman qopacaq.
Qeyd edək ki, Cənubi Kipr Şərqi Aralıq dənizini Şimali Kipr Türk Cümhuriyyətinin ətrafı da daxil olmaqla 13 ayrı bölgəyə bölərək təbii qaz axtarışları üçün lisenziya verib. Ancaq nə Türkiyə, nə də Şimali Kipr Türk Cümhuriyyəti Cənubi Kiprin bu addımının qəbul edir. Türkiyə xüsusilə yunanların “3-cü bölgə” adlandırdığı ərazidə təbii qaz axtarışlarının ciddi bir böhran yaradacağı barədə xəbərdarlıq edib.
Ancaq adanın yunan tərəfi xarici şirkətlərə təbii qaz axtarışları üçün lisenziyalar təqdim etməkdə davam edir. Son olaraq fevralın 9-da İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000” platforması təbii qaz axtarışları üçün Şimali Kipr Türk Cümhuriyyətinin sahillərində yerləşən “3-cü bölgə”yə gəlib. Yunanıstan mətbuatına görə, Türkiyə döyüş gəmiləri şirkətlərin fəaliyyətinə mane olub. Nəticədə, ENİ bölgədə təbii qaz axtarışlarından imtina etməyə məcbur olub.
Cənubi Kipr isə bundan sonra daha nüfuzlu oyunçu olan ABŞ-dan istifadə etmək niyyətindədir. Yunanlar Amerika şirkətinin neft-qaz axtarışlarına Ankaranın əngəl ola bilməyəcəyini düşünürlər.
Ömər Dağlı
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."