PKK-nın NÖVBƏTİ HƏDƏFİ: Dəmir yolu stansiyalarına hücum etdilər
Bizi izləyin

Dünya

PKK-nın NÖVBƏTİ HƏDƏFİ: Dəmir yolu stansiyalarına hücum etdilər

PYD\PKK terror qruplaşması növbəti hədəfinə hücumu gerçəkləşdirib.

Publika.az xəbər verir ki, təşkilat üzvləri İngiltərənin London və Mançester şəhərlərində yerləşən dəmir yolu stansiyalarına hücum ediblər. Hücum zamanı PKK lideri Abdullah Öcalanın portretini gəzdirən terrorçular Türkiyə əleyhinə təhqiramiz şüarlar səsləndiriblər.

Aksiya xarakterli hücum nəticəsində dəmir yollarında qatarların intervalı gecikib. Hətta əraziyə yaxın olan vağzallar 3-4 saat fəaliyyətin dayandırıb.

Faktla bağlı mətbuata açıqlama verən İngiltərə polisinin nümayəndəsi hadisəni törədən şəxslərdən bir neçəsinin saxlandığını dilə gətirib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm