Dünya
Ərdoğan Avropaya OD PÜSKÜRDÜ: "Dəlik axtaracaqdınız, yalvardınız..."
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin “Zeytun budağı” hərəkatı ilə bağlı qəbul etdiyi qərara sərt reaksiya verib.
Publika.az xəbər verir ki, prezident Türkiyənin yeddi ildir 3,5 milyona suriyalı qaçqını himayə etdiyini xatırladıb.
“Qapıları açıb göndərsəydik, qaçacaq dəlik axtaracaqdınız. Siz insanlıqdan anlamazsınız. Yalvardınız. Ey, Avropa Parlamenti, siz bu millətə nə zamandan bəri ağıl verməyə başlamısınız? O ağlı özünüz üçün saxlayın!”, - deyə Ərdoğan bildirib.
56 gündür uğurla davam edən “Zeytun budağı” hərəkatı haqqında danışan Ərdoğan Afrin məsələsinin həllini tapdığını qeyd edib:
“Bu ana qədər Afrinin ¾ hissəsində nəzarəti ələ keçirmişik. İndi də bir yandan İdlibdəki mövqelərimizi genişləndirəcəyik, digər tərəfdən də Münbiçə yönələcəyik. Amerika terrora qarşı bizimlə birlikdə çalışmaq istəyirsə, Fəratın şərqindəki terrorçuları oradan çıxararaq bu işə başlamalıdır”.
Zümrüd
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi