Dünya
Lavrovla Yapon nazir arasında QƏRİBƏ ZARAFAT: "Cənab nazir qarı..."
Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Yaponiya səfəri çərçivəsində maraqlı söhbəti medianın diqqətini çəkib.
Publika.az xəbər verirki, Yaponiyada səfərdə olan Rusiya Xarici işlər naziri Sergey Lavrovla yaponiyalı həmkarı Taro Kono ilə süfrə arxasında maraqlə zarafat olub. Bu zarafatı isə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova özünün feysbuk sosial səhifəsində paylaşıb.
Səhər yeməyi üçün süfrə arxasına keçən rəsmilər salonun pəncərəsindən yağan qarı görüb zarafat etmək qərarına gəliblər. Yaponiyalı nazir Taro Kono deyib:
"Cənab Lavrov, Yaponiyaya belə hava xarakterik deyil. Bura qarı siz gətirdiniz".
Sergey Lavrov həmkarına gülərək cavab verib: "Gördük sizin seçkilərə müdaxilə edə bilmirik, dedik heç olmasa havanıza müdaxilə edək".
Xatırladaq ki, Yaponiya səfəri Sergey Lavrovun doğum günü ərəfəsinə düşdüyü üçün yaponiyalı həmkarı onu doğum günü münasibətlə təbrik edib və ona futbol topu şəklində tort hədiyyə edib. Lavrov isə öz növbəsində həmkarına 2018-ci ilin çempionatının rəsmi futbol topunu hədiyyə edib.
Zarafatdan sonra nazirlər qar yağan pəncərinin qarşısında xatirə şəkli çəkdiriblər.
Könül Cəfərli
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar