Dünya
Prezidentliyə müharibə elanı ilə başladı: “Rusiya rəhbərliyinə bildiririk ki…”
Xəbər verildiyi kimi, bu gün Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun inaqurasiya mərasimi keçirilib.
Publika.az-ın verdiyi xəbərə görə, P. Poroşenkonun andiçmədən sonra verdiyi əsas bəyanatlar antirusiya xarakterli olub.
Poroşenkonun bəyanatlarında diqqətçəkən əsas məqam isə odur ki, o, Ukraynanın federallaşmayacağını və Ukrayna dilinin ölkənin tək dövlət dili olaraq qalacağını bildirib. Halbuki Rusiya rəhbərliyinin Ukraynadan əsas tələbləri ölkənin federallaşması və rus dilinin ölkənin ikinci dövlət dili kimi qəbul edilməsi idi. Moksvaya verilən ən sərt mesaj isə Krımla bağlıdır.
Ümumilikdə isə, onun çıxışından aşağıdakı başlıqları önə çıxartmaq olar.
– Mən sülh istəyirəm və Ukraynanın birliyinə nail olacağam. Buna görə də işimə sülh planının təklifindən başlayıram.
– Prezident seçkiləri hakimiyyətin qanunauyğunluğu məsələsinə nöqtə qoydu. Mən yaxın vaxtlarda sülh üçün şərqə gələcəyəm.
– Mən Rusiya rəhbərliyinə bildirmək istəyirəm ki, Krım bizimdir və bu məsələdə heç kimə güzəşt ola bilməz.
– Ukrayna dili tək dövlət dilidir və başqa dillərin inkişafına da zəmanət veriləcək.
– Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanı mümkün qədər tez imzalamaq lazımdır. Avropa Birliyi qərar qəbul edən kimi imzanı qoymağa hazırıq.
– Donetsk vilayətində növbədənkənar seçkiləri keçirməyə hazırıq.
– Ukraynanın federasiya halına salınma haqqında fikirlərin heç bir əsası yoxdur. Ukrayna unitar dövlət olacaq.
– Hakimiyyətin demərkəzləşdirməsi üzrə islahat bu il keçiriləcək.
– Avropa Birliyi ilə vizasız rejimi mümkün qədər tez tətbiq etmək lazımdır.
– Əlinə qanunsuz silah götürənləri təslim olmağa çağırıram. Üzərində Ukrayna hərbçiləri və dinc insanların qanı olmayanların, terrorçuların maliyyələşməsinə cəlb olunmayanların cinayət məsuliyyətindən azad olunmasına zəmanət verirəm.
Ömər Dağlı
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO