Məşhur futbolçunun anası QAÇIRILDI - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Məşhur futbolçunun anası QAÇIRILDI - (YENİLƏNDİ)

Məşhur braziliyalı futbolçu, Ukraynanın "Şaxtyor Donetsk" klubunun oyunçusu Taisonun anası Rosangela Freda öz ölkəsində silahlı qrup tərəfindən qaçırılıb.

Publika.az xəbər verir ki, evindən qaçırılan qadın xüsusi əməliyyatla xilas edilib. Onu qaçıranlar həbs ediliblər.

***

Ukraynda “Şaxtyor” futbol klubunun braziliyalı futbolçusu Taysonun anasını qaçırıblar.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əlində gül dəstəsi olan bir nəfər qadını çölə çağıraraq onunla danışır. Bu zaman evin qarşısına bir avtomobil sürətlə yaxınlaşır. Naməlum şəxslər qadını zorla maşının yük yerinə qoyaraq qaçırırlar.

Futbolçunun anası axşam saatlarında evindən 50 km uzaqlıqda tapılıb. Artıq hadisə ilə bağlı 4 nəfər saxlanılıb.

Faklta bağlı cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm