Dünya
“İl -76” təyyarəsində ölənlərin sayı məlum oldu - VİDEO(YENİLƏNİB)
Ukraynanın Luqansk vilayətində separatçılar Ukrayna ordusuna məxsus “İl-76” hərbi-nəqliyyat təyyarəsini vurub.
11:13
Hadisə ilə bağlı son məlumatı "Röyters" xəbər agentliyi yayıb. Agentliyin antiterror əməliyyatları mərkəzinin mətbuat katibi Vladislav Seleznyova istinadən yazdığına görə, 49 nəfər ölüb. Onlardan 7-i ekipaj heyətidir.
Daha əvvəl isə Ukrayna Müdafiə Nazilriyi ölənlərin
sayının dəqiqləşdirilmədiyini bildirmişdi.
10:06
Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Müdafiə Nazirliyi bildirib.
Təyyarədə hərbi qulluqçular, silah və digər hərbi təchizatların olduğu deyilir. Ölənlərin sayı barədə hələlik dəqiq informasiya yoxdur. Ukrayna Müdafiə Nazirliyi ölənlərin yaxınlarına başsağlığı verib.
Ukrayna ordusundan olan mənbələrə görə, “İl-76” 25-ci aeromobil briqadasının hərbi qulluqçularını daşıyırdı. Təyyarə Luqansk aeroportuna eniş edən vaxt vurulub. Mənbə təyyarədə 30 adamın olduğunu bildirib. Onlar desantçılar və ekipajın üzvləri olublar. Digər mənbələrdən bu informasiya hələlik təsdiqlənməyib.
“İl-76” Rusiya istehsalı olan ağır hərbi-nəqliyyat təyyarəsidir. Ekipaj heyəti yeddi nəfərdən ibarətdir. Təyyarə şəxsi silahlarıyla birgə 167 nəfəri daşıya bilir.
Rusiyanın İTAR-TASS xəbər agentliyi isə iddia edir ki, təyyarədə ən azı 49 nəfər olub. Təyyarəyə daşına bilən zenit-raket kompleksi və iri çaplı pulemyotlardan atəş açıldığı bildirilir. Ölənlərin isə onlarla olduğu xəbər verilir.
Ömər Dağlı
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ