Dünya
Türkiyə öz diplomatlarını Benqazidən çıxardı
Türkiyə təhlükəsizliklə bağlı narahatlıqların artması ilə əlaqədar olaraq öz diplomatlarını Liviyada Benqazi şəhərindən çıxarıb və Türkiyə vətəndaşlarını ölkənin qərb bölgələrini tərk etməyə çağırıb. Bu haqda Türkiyə xarici işlər nazirliyinin açıqlamasından bildirilir.
Türkiyə Benqazidə diplomatik nümayəndəliyi olan az saylı ölkələrdən biridir. 2012-ci ildə islamçı yaraqlıların ABŞ-ın Benqazidə diplomatik missiyasına hücumu zamanı səfir də daxil olmaqla, beş Amerika diplomatı öldürülmüşdü.
Türkiyə xarici işlər nazirliyi Benqazidə missiyanın bağlı olduğu müddətdə türk diplomatlarının paytaxt Tripolidə işi davam etdirəcəyini bildirib.
Türkiyə bu addımı Benqazi şəhərinin 50 kilometrliyində yerləşən Barsis yoxlama məntəqəsində intiharçı bomba hücumundan sonra atıb. Partlayış zamanı intiharçı ölüb, altı nəfər yaralanıb. /VOA/
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq