"Barselona"nın azarkeşlərini daşıyan avtobus qəzaya düşdü: 12 ölü
Bizi izləyin

Dünya

"Barselona"nın azarkeşlərini daşıyan avtobus qəzaya düşdü: 12 ölü

Ekvadorda yerli "Barselona" klubunun azarkeşlərinin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.

Faciəvi olay Kuenkidən Quyakilə gedən yolda qeydə alınıb. Fanatlar komandanın səfər oyunundan qayıtdıqları vaxt avtobus yoldan çıxaraq aşıb. Nəticədə ən azı 12 nəfər ölüb, daha 30-u yaralanıb.

"Barselona"nın Quyakildəki ev arenasında müvəqqəti kilsə qurulub. Orada insanlar ölənlərin xatirəsini yad edə bilərlər. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm