Dünya
Rus analitik: “İrəvan üçün gözlənilməz heç nə baş verməyəcək”
“Yaxın gələcəkdə Ermənistan müxtəlif səbəblərə görə Avrasiya layihələrinə qoşulmayacaq”.
Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Sergey Markedanov jurnalistlərə açıqlamasında deyib.
Rusiyalı ekspert Avropa İqtisadi İttifaqının formalaşması prosesi və Ermənistanın Avrasiya inteqrasiya layihələrinə qoşulmasını şərh edib. Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqın formalaşması prosesi də istənilən formada getmir. S.Markedanov bu gedişatın Rusiya planlarına da daxil olmadığını dilə gətirib.
“Təbii ki, istənilən inteqrasiya layihəsində problemlər olur və sonradan proseslər öz axarı ilə gedir. Mən Rusiyanın SSRİ-ni bərpa edəcəyi barədə səslənən iddiaları anlamıram. Bu mifdir. Əgər kimsə bunu gözləyirsə, əlbəttə ki, bu olmayacaq. Bunu düşünmək üçün heç bir əsas yoxdur. Bəli, problemlər mövcuddur. Çünki bütün ölkələrin öz maraqları var və buna görə də ortaq məxrəcə gəlmək son dərəcə çətindir. Amma mən məyusluq üçün heç bir əsas görmürəm”,– rusiyalı analitik deyib.
Ermənistanın Avrasiya İqtisadi İttifaqına inteqrasiyasına gəlincə, S.Markedanov İrəvan üçün yaxın gələcəkdə gözlənilməz nəyinsə baş verməyəcəyini dilə gətirib: “Qazaxıstan buna qarşı olacaq. Ermənistanın quruma üzvlük prosesi sürətli olmayacaq”.
O bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqa hansı düsturla, yəni Dağlıq Qarabağ və ya Dağlıq Qarabağsız üzv olacağını söyləməkdə çətinlik çəkir.
Xatırladaq ki, Rusiya, Belarus və Qazaxıstan prezidentləri Astanada 29 may tarixində Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqavilə imzalayıb. Əvvəlcədən gözlənildiyi kimi, Ermənistan qurumun təsisçilərindən biri olmadı. Güman edilir ki, Ermənistan 2015-ci ilin 1 yanvarından tez ittifaqa üzv ola bilməyəcək. Serj Sarkisyanın 15 iyuna qədər Avrasiya İttifaqına qoşulmaq üçün xahiş etsə də, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanın yalnız Dağlıq Qarabağsız quruma daxil ola biləcəyini deyib.
Ömər Dağlı
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."