
Ağdamda piyada avtomobil tərəfindən vurulub.
Hadisə iyunun 18-dən 19-na keçən gecə saat 24 radələrində rayonun
İmamqulubəyli kəndində baş verib.
Yolu keçmək istəyən şəxsi yüksək sürətlə vuran sürücü yaralını
köməksiz vəziyyətdə qoyub hadisə yerindən qaçıb. Məlum olub ki,
yerli sakinlər tərəfindən Ağdam Mərkəzi Rayon Xəstəxanasına
çatdırılan yaralı İmamqulubəyli kənd sakini, 1955-ci il təvəllüdlü
Gözəlov Bəyəndik Yəhya oğludur.
Kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ciddi
xəsarətlər alan B. Gözəlova ilkin tibbi yardım göstərildikdən
sonra, o, Bərdə MRX-ya göndərilib. Həkimlər onun vəziyyətini ağır
qiymətləndirirlər.
Şahidlərin sözlərinə görə, hadisəni VAZ-2107 markalı minik maşını
törədib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma
aparılır. /ans/