Misirdə yeni etiraz aksiyaları başladı: 4 ölü, 7 yaralı
Bizi izləyin

Dünya

Misirdə yeni etiraz aksiyaları başladı: 4 ölü, 7 yaralı

Misirin Paytaxtı Qahirədə yeni seçilən prezidentə qarşı aksiyalar başlayıb.

Misirin Paytaxtı Qahirədə yeni seçilən prezidentə qarşı aksiyalar başlayıb.

Qahirənin Matariyə və Qiza şəhərlərində prezidentlik kürsüsünə yenicə gəlmiş Əbdülfəttah əs–Sisiyə qarşı nümayişlər baş qaldırıb, gərginləşən etiraz aksiyalarına polis silahla müdaxilə edib.

Hadisədə dörd nəfər ölüb, yeddi nəfər isə yaralanıb. Yaralananlar Əl-Matariyə dövlət xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, baş verən olayla əlaqədar iki şəxs - Yusif Əhməd Sabir və İbrahim Həsən Avvad şübhəli qismində polis bölməsinə aparılıb. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm