Dünya
Fahişəxanalar bağlandı, xalq ayağa qalxdı – ETİRAZ
Hökumətin fahişəxanaların bağlanması haqqında qərarı yerli əhalinin kütləvi etirazına səbəb olub.
Cənub-Şərqi Asiyanın fahişəliyin ən çox yayıldığı ölkəsi hesab
olunan İndoneziyanın Dolli adlandırılan bölgəsini əhalinin kütləvi
etiraz dalğası bürüyüb.
“Fahişəxanaları bağlamaqla çörəyimizə bais oldunuz”, deyərək ayağa
qalxan sakinlər hökumətdən həmin qərarın ləğv olunmasını tələb
edirlər.
Bununla belə, fahişəxanaların bağlanması haqda qərara yenidən
baxmayacağını bəyan edən yerli hakimiyyət orqanlarının əhaliyə
dəyən maddi ziyanı ödəyəcəyi bildirilir.
Məlumata görə, Dollidə yerləşən Surabaya Bələdiyyəsinin sədri Tri
Rismaşarini sakinlərə adambaşına 5 milyon İndoneziya rupisi
(təqribən 416 ABŞ dolları) ödənəcəyini açıqlayıb.
Lakin fühuş sektorunun təmilçiləri bu məbləğin onların “dərdinə
dərman olmadığını” deyərək, etirazları davam etdirirlər.
Bölgənin müxtəlix yaşayış məntəqələrində asayiş qüvvələri ilə
sakinlər arasında toqquşmaların baş verdiyinə dair xəbərlər
yayılıb. /Gun.az/
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ