Dünya
Ermənistan Rusiya qazından imtina edir
Ermənistanın qaz nəqliyyat sisteminin öyrənilməsi üzrə parlament komissiyasının sədri Vardan Ayvazyan heyrətə səbəb olan açıqlama ilə çıxış edib.
Hazırda İran və Orta Asiyadan qaz almaq üzrə alternativ
variantlara baxılır. “İstənilən halda, İrandan daxil olan qazın
artırılması qərarı veriləcək”, - deyə Ayvazyan vurğulayır.
Vardan Ayvazyan əsas səhmləri “Qazprom”a məxsus “Armrosqazprom”u da
kəskin tənqid edib. Onun sözlərinə görə, 12% xalis mənfəət əldə
edən şirkət səhmlərin 20%-nin sahibi olan Ermənistan hökumətinə
dividend ödəməyib.
Məhz bu məqam erməni şərhçilərinin diqqətindən yayınmayıb. Onların
fikrincə, indiyə kimi “Qazprom”un özbaşınalıqlarına göz yuman
erməni hökuməti axır ki, dillənmək qərarına gəlib. Ermənistanda
müqavimət görməyən “Qazprom” iyulun 1-dən tarifləri qaldırmağı
təklif edib. Çünki Rusiyanın daxili bazarında qazın qiyməti qalxır,
Ermənistanın qaz qiymətləri də məhz bundan asılıdır.
Həmçinin “Qazprom” Ermənistanın üçüncü ölkələrdən qaz almasına qadağa qoyur. Həm də Ermənistan “Qazprom”la ilkin razılaşma zamanı müəyyən edilmiş həcmdən az qaz aldığına görə cərimə ödəməyə məhkumdur. İlkin razılaşmaya görə, İrəvan Rusiyadan 2,5 mlrd. kubmetr qaz almalıdır. Amma ölkə hətta AES-i və su elektrik stansiyalarını bağlayıb qazı keçsə belə, 1,7 mlrd. kubmetrdən artıq qaz istehlak edə bilmir. İrəvan ilin sonunda qəbul etmədiyi 0,8 mlrd. kubmetr qaza görə mütləq cərimə ödəməlidir. /Ans/
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO