Dünya
KSQT “tamam”, kəşfiyyat isə Əsəd “gizlədir” deyir
Suriya kimyəvi silah arsenalı tamamilə ölkədən çıxarılıb.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, kimyəvi silahların çox hissəsinin dörd ay ərzində məhv edilməsi nəzərdə tutulur.
“Gəmidə kimyəvi preparatların məhv edilməsi prosesi təxminən 60 gün çəkə bilər. Böyük Britaniya, Almaniya, ABŞ və Finlandiya ticarət müəssisələrində ikinci kateqoriya kimyəvi preparatlarının məhv edilməsi dörd ay davam edə bilər”,– Kimyəvi Silahların Qadağan olunması Təşkilatının (KSQT) baş direktoru Əhməd Üzümçü bildirib.
Finlandiyanın Xamina limanına kimyəvi silahların birinci partiyası 21 iyun tarixində gəlib. İkinci kateqoriya kimyəvi maddələrinin məhv edilməsi artıq Finlandiyada başlanıb. Ən zəhərli kimyəvi silahların ABŞ Hərbi-Dəniz Qüvvələrinin gəmilərində məhv ediləcək.
Xatırladaq ki, KSQT Suriyanın kimyəvi silah arsenalının məhvinə dair qəbul etdiyi ilkin layihədə kimyəvi silahların 31 Dekabr 2013-cü il tarixinə kimi Suriyadan çıxarılması və 2014-cü ilin fevralın 5-nə kimi məhv edilməsi nəzərdə tutulurdu. Ancaq ölkədəki qeyri-stabil vəziyyət layihənin qrafik üzrə həyata keçirilməsinə imkan verməyib. Digər tərəfdən, Əsəd rəhbərliyinin layihəni yerinə yetirmək istədiyi də sual doğururdu.
İkinci qrafikə görə isə kimyəvi silahların ölkədən çıxarılması üçün son tarix olaraq 13 Aprel tarixi nəzərdə tutulurdu. Lakin bu müddətdə də Suriyanın kimyəvi silah arsenalının ölkədən çıxarılması işi başa çatdırılmayıb. BMT və KSQT daha sonra Dəməşq rəhbərliyinə kimyəvi silahların təhvili prosesinin sona çatdırılması üçün iyun ayının 30-na qədər vaxt vermişdi.
Suriyanın kimyəvi silah arsenalının tamamilə ölkədən çıxarlıldığı barədə məlumata baxmayaraq, bəzi mənbələr iddia edir ki, rejimi kimyəvi silahların bir hissəsini İran və Livana daşımağa imkan tapıb. ABŞ, Fransa və Böyük Britaniyanın xüsusi xidmət orqanları isə Suriya rejimində məxfi kimyəvi silah arsenalının olduğundan şübhələnir.
Fransa Strateji Analizlər İnstitutunun (IFAS) qurucusu, tarixçi geostrateq Fransua Jerenin fikrincə, kimyəvi silah arsenalının ölkədən çıxarıldığına 100 faiz əmin olmaq mümkün deyil. Kimyəvi silahların az miqdarda gizlədilməsini mümkün sayan analitik bununla belə həmin silahların genişmiqyaslı hücumlar və raket zərbələri üçün artıq kifayət etməyəcəyini deyib.
“Şübhələr ilk növbədə xlor qazının tətbiqinə aiddir. Bu qazı istehsal etmək və yaymaq daha asandır. Xlor və onun törəmələrindən hər yerdə dezinfeksiya üçün istifadə olunur. Bu qazın tətbiqini qadağan etmək, sadəcə, alınmayacaq”,– F. Jere bildirir.
Məlumata görə, Suriyada kimyəvi və bioloji silah istehsalı üçün lazım olan avadanlığın böyük hissəsi məhv edilib.
Ömər Dağlı
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO