Dünya
Avropada ikinci Ukrayna hazırlanır
Moldovanın avrointeqrasiyasına qarşı çıxan sosialistlər dünən Avropa Birliyinin Kişnyovdakı ofisinin qarşısında etiraz aksiyası keçirib.
Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları ölkə hakimiyyətindən konstitusiyaya riayət etməyi tələb ediblər.
Xatırladaq ki, Avropa Birliyi ilə Moldova arasında assosiasiya haqqında razılaşma qurumun ötən ilin noyabrında Vilnüsdə keçirilən sammitində paraflanıb. Avropa Birliyi Moldovanı 27 iyun tarixində azad ticarət haqqında razılaşmanı imzalamağa dəvət edir. Rəsmi Kişnyovun 27 iyunda həmin sənədə imza atacağı gözlənilir.
Etiraz aksiyasında iştirak edən 500-ə qədər adam “Moldovo Gömrük Şurasında!” şüarları səsləndiriblər.
“Biz referendumun keçirilməsi dəstəkləyirik. Ölkə vətəndaşları hansı geosiyasi vektoru seçəcəkləri barədə fikrini bildirməlidir. Biz hakimiyyətdən konstitusiyaya riayət edilməsini tələb edirik. Azlıq ölkənin taleyini həll etməməlidir, onların belə bir hüququ yoxdur”, - aksiyaya qatılan sosialist deputatlardan biri söyləyib. Onun sözlərinə görə, sosialistlər Gömrük Şurasına inteqrasiyaya dəstək olaraq 800 mindən çox imza toplayıb.
Sosialist deputat hakimiyyətin Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanı imzalamaq hüququnun olmadığını bildirib: “Çünki, ictimai rəyin sorğuları ölkə sakinlərinin başqa gələcək istədiyini göstərir”.
Ömər Dağlı
-
MDB11:46
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
Sosial11:38
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək