30 yaşlı şəxs mərc kəsdi - Dostlarının gözü önündə can verdi - İNSANI SARSIDAN FOTOLAR
Bizi izləyin

Dünya

30 yaşlı şəxs mərc kəsdi - Dostlarının gözü önündə can verdi - İNSANI SARSIDAN FOTOLAR

Ötən gecə Türkiyənin ən böyük şəhəri olan İstanbulda faciəvi hadisə baş verib.

Publika.az xəbər verir ki, şəhərin Kartal adlanan hissəsində 30 yaşlı Barış Kekeçin dostları ilə girdiyi mərc onun ölümünə səbəb olub.

Belə ki, B.Kekeç gecə saat 03 radələrində dostları ilə dəniz sahilinə gəlib və dənizə atlayıb çıxa biləcəyi ilə mağlı onlarla mərc kəsib. Daha sonra dənizə baş vuran gənc sudan çıxarkən axıntıya məruz qalıb. O, dostlarının gözü qarşısında, sahilin bir neçə metrliyində boğularaq ölüb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. 30 yaşlı şəxsin meyitinin axtarışları davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm