Dünya
Ukraynada atəşkəs rejimi bitdi
Ukrayna prezidenti Pyotr Poroşenkonun ölkənin şərqində atəşkəs rejiminin tətbiq edilməsi barədə verdiyi əmrinin müddəti bu gün başa çatır.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “RBK-Ukrayna” xəbər agentliyi yazıb.
Ukrayna prezidenti 20 iyun tarixində atəşkəs rejiminin tətbiq edilməsi barədə əmr vermiş və sülh planını açıqlamışdı. On beş maddəlik sülh planında ağır cinayətlərdə iştirak etməyən və təslim olanların cinayət məsuliyyətindən azad edilməsi, ölkəni tərk etmək istəyənlər üçün dəhlizin yaradılması, həmçinin girovların azad edilməsini nəzərdə tutur.
Bundan başqa, Ukrayna-Rusiya dövlət sərhədində 10 kilometr enində bufer zonanın yaradılması planlaşdırılıdı.
Lakin ötən müddət ərzində sülh planının icrası istiqamətində heç bir addım atılmayıb və atəşkəs rejiminə əməl olunmayıb. İyun ayının 24-də Ukrayna ordusunun “Mİ-8” hərbi vertolyotunun vurulması nəticəsində 3-ü ekipaj üzvü olmaqla 9 hərbçi öldü.
P.Poroşenko isə “B” planının da olduğunu bildirir. Ekspertlər hesab edir ki, Kiyevin “B” planının, yəni irimiqyaslı hərbi əməliyyatların sabahdan etibarən başlaması çox real görünür.
Xatırladaq ki, bu gün Ukrayna Avropa Birliyi ilə assosiasiya haqqında sazişin iqtisadi hissəsini imzalayacaq.
Ömər Dağlı
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO