Şimali Koreyadan Cənubi Koreyaya sülh təklifi
Bizi izləyin

Dünya

Şimali Koreyadan Cənubi Koreyaya sülh təklifi

Koreya Xalq Demokratk Respublikası Cənubi Koreyaya qarşılıqlı hərbi təcavüzü dayandırmaq təklifi ilə müraciət edib.

Publika.az “Frans-Pres” agentliyinə istinadən xəbər verir ki, iki dövlət arasında son günlər münasibət xeyli pisləşib. Şimali və Cənubi Koreya 1950-ci ildən müharibə vəziyyətində olsalar da, 1953-cü ildən sonra aktiv döyüş əməliyyatları keçirilməyib.

Lakin bu il iyunun 26-da Şimali Koreya Yapon dənizində ortamənzilli raketləri sınaqdan keçirib. Bu sınaqların Cənubi Koreyanın Sarı dənizdə KXDR ərazilərini atəşə tutmalarına cavab kimi həyata keçirildiyi bildirilib.

İndi isə Şimali Koreya bəyanat verərək Cənubi Koreyadan qarşılıqlı düşmənçiliyin dayandırılması haqda təklif edir. Həmçinin Seul hökumətindən Sarı dənizdə mübahisəli ərazilərdə hərbi təlimlərin keçirilməsinə və sərhədyanı zonanın atəşə tutulmasına son qoymaq tələb olunur.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm