Dünya
Ukraynaya hərbi müdaxilə ssenarisi: Bəhanə hazırdır
Qarşıdurmaların ilk vaxtlarında Ukraynanın şərq sərhədlərində mövqe tutan Rusiya ordusu Qərbin hədələrindən sonra geri çəkilməyə məcbur oldu. Rusiya ordusunun hər an Ukrayna ərazisinə girməyə hazır olduğu bildirilsə də, Qərbin sanksiyalarla bağlı hədəsi bunu əngəllədi.
Rusiya ordu birləşmələrini sərhəddən geri çəksə də, separatçılara maliyyə və silah yardımını davam etdirdi. Rəsmi Kiyev iddia edir ki, separatçıların Rusiya tərəfindən silahlandırılması və Rusiya ərazisində onların təlim alması üçün düşərgələrin yaradıldığı barədə əllərində təkzibolunmaz faktlar var. Moskvanın bu iddiaları təkzib etməsinə baxmayaraq, separatçıların əlində Ukrayna ordusuna müqavmət göstərmək üçün kifayət qədər silah-sursatın olması məsələyə, demək olar ki, aydınlıq gətirir.
Rusiya Ukrayna ərazisinə girməyə cəsarət etmədi, üstəlik Federasiya Şurasının Rusiya Silahlı Qüvvələrindən Ukrayna ərazisində istifadəyə icazə verən qanun prezident Vladimir Putinin müraciətindən sonra ləğv edildi. Əksər siyasi müşahidəçilər isə hesab edir ki, Moskvanın bu addımı onun əsl məqsədlərini gizlətmək məqsədi daşıyır. Başqa sözlə, Rusiyanın Ukrayna ərazisinə müdaxilə etmək niyyətindən əl çəkmədiyi deyilir. Bunu Rusiya mediasının yaydığı son informasiyalar da göstərir.
“Nezavisimaya gazeta”nın yazdığına görə, Ukrayna ərazisindən minaatanlar və artilleriyadan Rusiya ərazisinə açılan atəş son günlər adi hal alıb. Rusiya nəşri hesab edir ki, bu yeni prezidentin vəziyyətə nəzarət etdiyini şübhə altına qoyur. Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Rostov vilayəti üzrə sərhəd idarəsi mətbuat xidmətinin rəhbəri Vasiliy Malayev bildirib ki, son olaraq Ukrayna ərazisindən atəş açılıb. Rusiya Xarici İşlər Nazirliyi də bununla əlaqədar Ukraynaya qəti etirazını bildirib və “günahkarlar”ın tapılmasını istəyib.
Moskvaya yaxşı məlumdur ki, məhz onun “xidməti” sayəsində Ukraynanın şərqində separatçılar xeyli güclənib. Ukrayna dövlətinə ölkənin şərqində vəziyyətə nəzarət etməsinə maneə olan tərəfin də məhz Rusiya olduğuna şübhə yoxdur. Ukrayna Müdafiə Nazirliyi iddia edir ki, Ukrayna hərbçiləri artilleriya və minaatanlardan Rusiya ərazisinə atəş açmayıblar. Ukraynanın bu açıqlaması inandırıcıdır. Ukrayna ordusunun Rusiya ərazisinə atəş açaraq əlavə gərginlik yaratmaq istədiyinə inanmaq mümkün deyil.
Ukrayna-Rusiya sərhədində baş verənləri Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçuk şərh edib. Onların sözlərinə görə, separatçılar sərhəddə Ukrayna-Rusiya qarşıdurmasına hazırlıq görür. Hərbi ekspert separatçılara verilən tapşırığın da kimdən gəldiyini müəyyən etməyin çətin olmadığını bildirib.
Yuxarıda da qeyd etdik ki, Rusiya nəşri “Nezavisimaya gazeta” Rusiya ərazisinə Ukraynadan açılan atəşlərin Poroşenkonun vəziyyətə nəzarət etdiyini şübhə altına qoyduğunu yazıb. İndiki halda hadisələrin inkişafı üzrə belə bir xətti yüksək dərəcədə proqnozlaşdırıla bilər: Qarşıdakı günlərdə Ukraynadan Rusiya ərazisinə artilleriya və minaatanlardan açılan atəş artacaq. Çox güman ki, onların bir çoxu yaşayış binalarına dəyəcək. Təbii ki, Ukrayna vəziyyətə tam nəzarət edə bilmədiyindən bunun qarşısını da almaq iqtidarında deyil. Belə olan halda isə Rusiya “vətəndaşlarını mümkün itkilərdən qorumaq” adı ilə günahkarları cəzalandırmaq fikrinə düşəcək.
Rusiyaya o da məlumdur ki, rəsmi Kiyev Ukrayna sərhədinə nəzarət edilməsinə son vaxtlar diqqəti artırıb. Məqsəd isə separatçıları Rusiya silahından ayırmaqdır. Təsadüfi deyil ki, son günlər separatçıların Ukrayna ordusuna məxsus silah anbarlarına hücumların sayı artıb. Deməli, separatçıların silah-sursatı azalıb.
Elə isə Rusiya sərhədi hansısa bəhanələrlə keçərək silahları separatçılara yerindəcə təhvil verməsin?
Ömər Dağlı
-
Magazin105:25
“Əziyyətimizi çox pis şəkildə yerə vururlar”
-
İdman02:42
"Çelsi" Ermənistan klubunu DARMADAĞIN ETDİ
-
Qarabağ 02:22
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər - VİDEO
-
MDB01:41
Rusiya dollar və avrodan imtina edir? - Putin DANIŞDI
-
Magazin100:30
Günayı məhkəməyə verdilər - FOTO
-
MDB7 Noyabr 23:36
COP29-da Rusiya nümayəndə heyətinə o rəhbərlik edəcək - FOTO
-
İKT7 Noyabr 23:00
Yeni dələduzluq növü yayılıb? - Polis XƏBƏRDARLIQ ETDİ
-
Ekologiya7 Noyabr 20:00
Bayram günlərində hava necə olacaq? - PROQNOZ