Sosial
Bakı Limanında “RoboPort” layihəsinin üçüncü sessiyasına start verildi
AZCON Holdinqin şirkətlərindən biri olan ADY-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin təşəbbüsü ilə həyata keçirilən “RoboPort” robotika, kodlama və STEAM təlim proqramının üçüncü sessiyasının açılış mərasimi keçirilib. Layihə məktəblilərin texnologiya və mühəndislik sahələrində bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlib.
Yeni sessiya üzrə seçim mərhələsində Ələt qəsəbəsində yerləşən 5 məktəbdən olan şagirdlər iştirak ediblər. Ümumilikdə proqrama 144 şagird müraciət edib, keçirilən seçim sorğularının nəticələrinə əsasən 24 şagird təlimlərdə iştirak etmək hüququ qazanıb.
Seçilmiş iştirakçılar hər qrupda 12 nəfər olmaqla iki qrupa bölünüb və robotika, kodlama və STEAM istiqamətlərini əhatə edən təlimlərə cəlb olunublar. Qeyd edək ki, kurslar Bakı Limanının korporativ sosial məsuliyyət (KSM) layihəsi çərçivəsində təşkil olunur və iştirakçılar üçün tamamilə ödənişsiz həyata keçirilir.
Tədris proqramı 7 moduldan ibarət olmaqla 6 ay davam edəcək və proqramı uğurla başa vuran iştirakçılar sertifikatla təmin olunacaqlar.
-
Nida Xəbər 15:06Əli Əsədov qərar imzaladı
-
Sosial14:58Metronun bütün stansiyalarına giriş məhdudlaşdırıldı - YENİLƏNDİ
-
Dünya14:41Azərbaycanla Ermənistan arasında münasibətlər Aİ üçün çox vacibdir - Kallas
-
Dünya13:28Ələ keçirilən İran gəmisi nə daşıyırmış? - Şok iddia
-
İqtisadi gündəm12:14Rusiyada əhaliyə şad xəbər: Kartof ucuzlaşır - Azərbaycana təsir edəcək?
-
Nida Xəbər 11:57Vardanyan Ermənistanın ombudsmanını Bakıya çağırdı: Həyat yoldaşı da gələcək
-
Dünya11:22İranla münaqişədən sonra ABŞ-ın dünyadakı rolu: Ağlabatan bir şəxs prezident olarsa...
-
Hadisə10:50“Zelenoqrad Çikatilosu” öldürüldü: Qadın qatilini Ukrayna ordusu məhv etdi







.png)






.png)


















